Baş nazir bu vəzifəsini ona etibar etdi

Baxış sayı:
10345

Yunanıstan Baş naziri Aleksis Çipras yeni təyinata imza atıb.
Muxalifet.az xəbər verir ki, Çipras Avropa ilə əlaqələr üzrə məsul nazirin müavini Yorqos Katruqallosu xarici işlər naziri təyin edib.
Qeyd edək ki, bundan öncə XİN rəhbəri Nikos Kocias idi.
O, bir müddət əvvəl postundan istefa verdiyi üçün Çipras onun da vəzifəsini icra edirdi.