​Baqdasaryan Moskvada belə saxlanıldı

Baxış sayı:
2989

Uzun müddətdir Moskva polisini barmağına dolayan erməni avtoş qız Mara Baqdasaryanın saxlanıldığını əks etdirən görüntülər yayılıb.
Muxalifet.az xəbər verir ki, videoda onun maşını Leninqrad prospektində necə park etdiyi əksini tapır. Bunun ardınca DYP əməkdaşları ona yaxınlaşır və sənədlərini tələb edir. Bu zaman isə əlbəttə ki, heç bir sənədi olmayan Baqdasaryan maşından düşür.
Mara Baqdasaryan Moskvanın məşhur avtoxuliqanıdır. 2015-ci ildə onun Kutuzov prospektində törətdiyi qəza nəticəsində 3 nəfər dünyasını dəyişib, avtoş özü isə 3 həftə koma vəziyyətində qalıb. İslah işlərinə cəlb edilən qız sürücülük hüququndan məhrum edilib.
Ancaq Baqdasaryan maşın sürməkdən imtina etməyib. 2016-cı ildə o, “Lukoyl” şirkətinin vitse-prezidentinin oğlu Ruslan Şamsuarovla birgə avtoşluğa görə yenidən medianın gündəmini zəbt etmişdi. Həmin il 10 sutka həbs alan avtoş qız azad olunduqdan sonra da dəfələrlə sənədsiz maşın idarəetməyə və polisin əmrlərinə tabe olmadığına görə cərimələnib və saxlanılıb.
Videoda əksini tapan olay isə ötən gün baş verib.