Banu Avardan pərdələri açan açıqlama: “İƏT “Şərqi Qüds” ifadəsi ilə Qüdsün qərbini İsrailə vermiş oldu” - Artıq “Google” şəbəkəsi də Şərqi Qüdsü Fələstinin paytaxtı kimi tanıdı

Baxış sayı:
4085

Qüdsün iki yerə parçalanması rəsmən elan edildi və tanındı

Muxalifət.az xəbər verir ki, Türkiyənin görkəmli analiti Banu Avar xanım bu barədə mövqeyini öz “feysbuk” səhifəsində bildirib.
Banu xanım yazıb: “İslam Əməkdaşlı Təşkilatının toplantısının yekun bəyannaməsi ilə Qüdsün “Şərq” və “Qərb” olaraq iki hissəyə bölünməsi qanuniləşdirildi.
Qüdsün qərbi İsrailə hədiyyə edildi!
Qərbdəki yəhudi məskənləri qalıcı oldu!
Yekun bəyannamədə Fələstinin paytaxtı “Şərqi Qüds” kimi qeyd edildi...”
Qeyd edək ki, İƏT-in İstanbulda keçirilən fövqəladə toplantısının sonunda qəbul edilən dünənki bəyannaməsindən dərhal sonra internet nəhəngi, “Google” şəbəkəsi də Şərqi Qüdsü Fələstinin paytaxtı kimi tanıyıb.
Beləliklə, ABŞ prezidenti Donald Trampın Qüdsün İsrailin paytaxtı kimi tanınması qərarından cəmi bir həftə sonra “islam dünyası” dildə ona etirazını bildirərək, əməldə onun istəyini yerinə yetirmiş oldular, deyəsən.
Qüdsün iki yerə parçalanması rəsmən elan edildi və tanındı.
Böyük siyasət budur. Azərbaycanı, Koreyanı, vaxtilə Vyetnam və Almaniyanı iki yerə bölən siyasət.