“Bank Respublika”da mühüm iştirak payı satılır – Növbədənkənar iclas çağırıldı

Baxış sayı:
220

1 Oktyabr 2019-cu il tarixində “Bank Respublika” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

“Marja” xəbər verir ki, yığıncağın gündəliyinə daxil olan əsas məsələ, Bankın mövcud səhmdar(lar)ı tərəfindən Bankda mühüm iştirak payının əldə edilməsinə səhmdarların ümumi yığıncağı tərəfindən razılıq verilməsidir.

Mühüm iştirak payı – səhmdar kapitalının və ya səsvermə hüququnun 10 və ya daha çox faizini təşkil edən, yaxud müqavilə əsasında iştirakçısı olduğu hüquqi şəxsin qərarlarının qəbul edilməsinə mühüm təsir göstərməyə imkan verən paya birbaşa və ya dolayı yolla sahiblikdir.

“Bank Respublika” ASC-nin səhmdarları (2018-ci ilin sonuna olan məlumat)

marjaaz1567832769br