Bakıya xəyanət edən general “prezident” olmağa hazırlaşır

Baxış sayı:
8278

Qondarma Qarabağ rejiminin keçmiş müdafiə naziri Samvel Babayan separatçı rejimin prezidentliyinə namizədliyini irəli sürməyi planlaşdırır. Muxalifet.az xəbər verir ki, bunu Babayan “Azadlıq radiosu”na müsahibəsində deyib. O, mart ayından etibarən bunun üçün imza toplayacağını bildirib. Qondarma rejimdə “prezident seçkisi” 2020-ci ildə keçiriləcək. Qeyd edək ki, Babayan 2017-ci ilin noyabrında 6 il azadlıqdan məhrum edilmişdi. O, Ermənistanda dövlət çevrilişinə cəhd etməkdə şübhəli bilinərək, 22 martda tutulmuşdu. Erməni general “İqla” raketlərinin Ermənistana keçirilməsində və Ermənistan Prezidenti Serj Sərkisyana qarşı sui-qəsd təşkil etməkdə təqsirləndirilmişdi. Babayan əslən Xankəndidəndir. Dağlıq Qarabağın Ermənistana birləşdirilməsini təbliğ edən Miatsum hərəkatının üzvlərindən biri olub. Qarabağda azərbaycanlılara və ermənilərə qarşı xüsusi əməliyyatlarda iştirak edib. 1991-ci ilin iyununda həbs edildikdən sonra 6 ay müddətində Bakıda həbsdə saxlanılıb, sonradan azadlığa buraxılıb. Babayan Xocalı, Şuşa rayonların alınmasında yaxından iştirak edib. O, həmçinin 1994-cü ildə atəşkəs müqaviləsinə imza atanlardan biri olub.