​Bakının mərkəzində şok - QADINI DÖYÜB, OĞURLADILAR

Baxış sayı:
3982

Bakının mərkəzində adını döyərək oğurlayıblar.
BakuPost-un məlumatına görə, hadisə Bakının tam mərkəzində- Hilton otelinin yaxınlığında qeydə alınıb.
Belə ki, dövlət nömrə nişanı 10LP677 olan "VAZ 2107" markalı avtomobildən iki nəfər düşərək, bir qadını döyüb, maşına basıb aparıblar.
Məsələ ilə bağlı BakuPost Bakı Şəhər Baş Polis İdarəsi ilə əlaqə saxlayıb.
BŞBPİ-nin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev bildirib ki, artıq məsələ ilə bağlı məlumatlıdırlar: "Məsələdən xəbərdarıq., Hadisəni törədənlərin saxlanılması istiqamətində müvafiq tədbirlər görülür. Əlavə məlumat veriləcək".