​Bakının mərkəzində avtobus qəzası – SÜRÜCÜNÜN VƏZİYYƏTİ AĞIRDIR

Baxış sayı:
4213

Bakıda sərnişin avtobusunun iştirakı ilə ağır yol qəzası baş verib.
Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bildirib ki, bu gün 2 nömrəli müntəzəm marşrut xətti üzrə istismarda olan 99-JX-198 DQN-lı avtobusun iştirakı ilə qəza baş verib.
Belə ki, Toyota markalı minik avtomobili Yusif Səfərov küçəsində idarəetməni itirərək avtobusa dəyib. Hadisə nəticəsində avtobusdakı sərnişinlər arasında xəsarət alan olmayəb. Minik maşınının sürücüsü ağır xəsarət alıb və dərhal xəstəxanaya çatdırılıb. İlkin məlumata görə qəza minik avtomobilinin sürücüsünün günahı səbəbindən baş verib.
Hadisənin dəqiq baş vermə səbəbləri müvafiq araşdırmadan sonra məlum olacaq.