Bakının bu qəsəbələrində 2 gün su olmayacaq

Baxış sayı:
16327

Bu gün Bakının bəzi ərazilərində su olmayacaq. Magistral su kəmərlərində aparılan yenidənqurma işləri ilə əlaqədar 21-22 may 2019-cu il tarixlərində Suraxanı rayonunun bir hissəsinə (Suraxanı, Hövsan, Əmircan qəsəbələrinə və Qaraçuxur qəsəbəsinin bəzi hissələrin) içməli su müəyyən fasilələrlə veriləcək. Bu barədə Muxalifet.az-a “Azərsu” ASC-dən məlumat verilib. Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.