Bakıdakı dəhşətli qəzanın görüntüləri – VİDEO

Baxış sayı:
1822

Dünən gecə Bakının Səbail rayonunda piyada yol-nəqliyyat hadisəsi zamanı ölüb.

News24.az-ın məlumatına görə, Bayraq Meydanının qarşısındakı yolda Məmmədov Cəmil Məlik oğlu yeraltı piyada keçidindən istifadə etməyərək yolun üstü ilə əks tərəfə keçmək istəyib. Bu zaman onu Gürcüstanda qeydiyyatda olan “Chevrolet” markalı avtomobil vuraraq “Hyundai” markalı digər maşının altına atıb. Piyada hadisə yerindəcə keçinib.

Havanın yağışlı olması hadisə vaxtı piyadanın görünməsini çətinləşdirib və o dəhşətli qəzanın qurbanı olub. Hadisə yerindən çəkilmiş videonu təqdim edirik.