​BAKIDA YATAQXANA YANDI

Baxış sayı:
3829

Bakıda yataqxana yanıb.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Bakı şəhərinin Səbail rayonunda beşmərtəbəli yataqxana binasının 2-ci mərtəbəsinin dəhlizində 10 m² sahədə əşyalar, 20 p.m elektrik kabelləri və 1 ədəd su sayğacı yanıb.
Yanğın zamanı 10 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib.
Binanın qalan hissəsi yanğından mühafizə olunub və alov yanğın bölmələri tərəfindən söndürülüb./virtualaz/