​Bakıda yanan mənzildə meyit tapıldı

Baxış sayı:
145

Bakı mənzildə yanğın olub. 
Fövqəladə Hallar Nazirliyinin məlumata görə, hadisə şəhərin Xətai rayonunda baş verib. 
Ümumi sahəsi 107 m² olan birmərtəbəli dörd otaqlı evin iki otağının, dəhlizinin yanar konstruksiyaları və ev əşyaları 54 m² sahədə yanıb. Yanğının kəşfiyyatı zamanı 1935-ci il təvəllüdlü Abbasov Əli Bayram oğlunun meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub. 
Evin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.