Bakıda uşaqlara işgəncə verən bağça işçisindən XƏBƏR VAR - VİDEO
Yasamal Rayon Məhkəməsində 3 uşağa işgəncə verən tərbiyəçinin məhkəməsi başlayır.
Muxalifet.az azxeber.com-a stinadən xəbər verir ki, "Kids Studio Uşaq Mərkəzi"nin tərbiyəçisi, cinayət məcəlləsinin 133.2.1 (Əzab vermə; iki və ya daha çox şəxsə qarşı törədildikdə) və 133.2.4-cü (əzab vermə; təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) maddələri ilə təqsirləndirilən Tağıyeva Firuzə Feyruz qızının məhkəmə prosesi sentyabr ayının 11-də hakim Azər Tağıyevin sədrliyi ilə keçiriləcək.
Xatırladaq ki, bu ilin iyuna ayında Bakıda yerləşən "Kids Studio Uşaq Mərkəzi"nin bağçasında uşaqların tərbiyəçi tərəfindən zorakılığa məruz qalması ilə bağlı görüntülər ictimaiyyət tərəfindən böyük qınaqla qarşılanıb.
Qeyd edək ki, görüntülər müxtəlif tarixlərdə müşahidə kameraları tərəfindən lentə alınıb. Görüntülər ictimailəşdikdən sonra Yasamal Rayon İcra Hakimiyyətinin (RİH) nümayəndələri "Kids studio" uşaq bağçasında olub. "Kids studio" uşaq bağçasının müdiri Nigar Müseyibova bildirib ki, bağça bundan sonra fəaliyyət göstərməyəcək.
Videonu izləmək üçün şəklə klikləyin: