​Bakıda ŞOK OLAY: Ailə üzvlərini öldürməklə hədələyib 25 min manat istədilər

Baxış sayı:
5197

Bakı sakinini ailə üzvlərini öldürməklə hədələyən şəxslər tutulublar.
Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yaşayan 1963-cü il təvəllüdlü Elxan Hacıyevi ailə üzvlərini öldürməklə hədələyərək ondan 25 min manat pul tələb edən şəxslər aşkarlanıblar.
Polisin əməliyyatı nəticəsində Hökümə Şirinova, Şəmistan Hüseynov, Elçin Hüseynov və Raman İsmayılov tutulublar.
Fakt üzrə araşdırmalar davam etdirilir.