​Bakıda şadlıq evinin qarşısında FACİƏ: ölən və yaralanan var

Baxış sayı:
2356

Bakıda ağır yol qəzası baş verib.
Ötən gecə Nizami rayonu Babək prospektində (“Arzu” şadlıq evinin qarşısı) “VAZ 2107” markalı, 10 KH 837 dövlət qeydiyyat nişanlı avtomobil yolu keçməyə çalışan 2 nəfəri vurub.
Nəticədə, 50 yaşlı qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb. Xəsarət alan 43 yaşlı kişi isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Nizami rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır./publika/