​Bakıda ər və arvadı maşın vurdu - HƏR İKİSİ XƏSTƏXANAYA YERLƏŞDİRİLİB

Bakının Nizami rayonu ərazisində iki piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report" xəbər verir ki, Qara Qarayev prospektində yolu keçmək istəyən ər və arvad – 1994-cü il təvəllüdlü Rəhimova Aygün Aleksandr qızı və 1963-cü il təvəllüdlü Azadov Fərahim Azad oğlunu minik avtomobili vurub.
Ağır xəsarət alan hər iki şəxs xəstəxanaya yerləşdirilib.