Bakıda qadın özünü ikinci mərtəbədən atdı

Baxış sayı:
12919

Aprelin 8-də Bakının Nərimanov rayonunda yaşlı qadın intihar edib.
Bu barədə rayon prokurorluğundan məlumat verilib.
63 yaşlı Kərimova Raya İbrahim qızı Təbriz küçəsində yerləşən 16 mərtəbəli binanın ikinci mərtəbəsinin pəncərəsində özünü aşağı atıb. Qadın aldığı xəsarətlərdən hadisə yerində keçinib.
Hələlik intiharın səbəbi müəyyən edilməyib. Rayon Prokurorluğu faktla bağlı araşdırma aparır.