Bakıda qadın evdən 10 min dollar oğurlayıb

Baxış sayı:
7717

Bakıda evdən oğurluq edən qadın saxlanılıb.
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, Nəsimi RPİ 19-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 10.000 ABŞ dolları və 1000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini R.Məmmədova saxlanılıb.