​Bakıda orta məktəbdə ŞOK HADİSƏ: Müəllim şagirdi vəhşicəsinə döydü - VİDEO

Baxış sayı:
5392

Bakının Binəqədi rayonunda orta məktəbdə şok hadisə baş verib.
Muxalifet.az xəbər verir ki, bu barədə şəhər sakinləri BAKU.WS-ə şikayət ediblər. Bildirilir ki, 30 saylı orta məktəbin Mehman adlı hərbi hazırlıq müəllimi şagirdlərlə vəhşicəsinə hərəkətlər edir.
Müəllim şagirdləri döyür və təhqir edir. Məktəbin 11-ci sinif şagirdlərindən biri müəllimin hərəkətlərini çəkib.Videodan da göründüyü kimi müəllim uşağın ağzına, başına və bədəninin müxtəlif hissələrinə zərbələr endirir.
Məsələ ilə əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov  bildirib ki, şikayətlə bağlı araşdırma aparılacaq.