​Bakıda oğurluqla məşğul olan qadın tutuldu

Baxış sayı:
4987

Bakıda oğurluqla məşğul olan qadın saxlanılıb.
Daxili İşlər Nazirliyindən Muxalifet.az-a verilən məlumata görə, Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində mayın 15-də Bakı şəhər sakini Z.Həşimovanın içərisində 600 manat, qızıl üzük, gümüş qolbağ, saç feni və kosmetik əşyalar olan çantasını oğurlamaqda şübhəli bilinən paytaxt sakini Xatirə Səlimova saxlanılıb.