Bakıda ofisdən 3000 manatlıq elektrik naqili oğurlanıb

Baxış sayı:
994

Bakıda ofisdən 3000 manatlıq elektrik naqili oğurlanıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Xətai Rayon Polis İdarəsi 37-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 2-də rayon ərazisindəki ofislərin birindən 3000 manat dəyərində elektrik naqili oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Vasif Əliyev və bir yeniyetmə saxlanılıb.