Bakıda motosiklet ağır qəza törətdi: QADIN ÖLDÜ, SÜRÜCÜ XƏSTƏXANALIQ OLDU

Baxış sayı:
4390

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.
Muxalifət.az Lent.az-a istinadən xəbər verir ki, Xəzər rayonu Buzovna qəsəbəsi ərazisində Zamiq adlı şəxs sürdüyü "Zontes" markalı motosikletlə yolu keçməyə çalışan qadını vurub. Ağır xəsarət alan 40-45 yaşlı qadın hadisə yerində ölüb. Hadisə vaxtı motosiklet aşıb və xeyli sürünüb. Motosikletin 34 yaşlı sürücüsü ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Hadisə şahidləri vəfat edən qadının adının Mehriban olduğunu deyiblər.
Faktla bağlı Xəzər rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.