Bakıda ƏMƏLİYYAT – 2 qadın həbs edildi

Baxış sayı:
5029

Bakıda oğurluqla məşğul olan qadınlar tutulub.
Muxalifet.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Xəzər RPİ 2-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 1000 manat və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən N.Ələkbər qızı saxlanılıb.
Bundan başqa Sabunçu RPİ 13-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 971 manat oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş Z.Bəkirova da tutulub.
Hər iki qadının ətrafında əlavə araşdırmalar aparılır.