​Bakıda maşın 70 yaşlı süpürgəçi qadını VURUB ÖLDÜRDÜ - FOTO (YENİLƏNDİ)

Baxış sayı:
508

Bu gün Bakı şəhərinin Nizami rayonu ərazisində avtomobilin vurub öldürdüyü süpürgəçi qadının şəxsiyyəti müəyyənləşib.
Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov Publika.az-a bildirib ki, “Hyundai” markalı, 90 DX 135 dövlət qeydiyyat nişanlı avtomobilin vurub öldürdüyü MKİS işçisi 1948-ci il təvəllüdlü Eyvazova Bəsti Dostəli qızıdır, O, hadisə yerindəcə keçinib.

*****

11:36

Bakıda daha bir süpürgəçi qadın yol qəzasının qurbanı olub.
Bu barədə "Gənclər Klubu" İctimai Birliyinin rəhbəri Zaur Əkbər məlumat verib. O, məlumat verib ki, Nizami rayonu ərazisində - "Neftçilər" metrostansiyasının yaxınlığında avtomobil süpürgəçi qadını vurub öldürüb.
Faktla bağlı araşdırma aparılır.