​Bakıda mağazada arvadını yandıran şəxslə bağlı YENİ XƏBƏR - XƏYANƏT ŞÜBHƏSİ...

Baxış sayı:
11143

Bakıda arvadını öldürməkdə təqsirli bilinən Məsud Müzəffərovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
İttihama görə, bu il aprelində paytaxtın “Memar Əcəmi” metrostansiyasının yaxınlığında yerləşən “Manat Shop” mağazasında Müzəffər Müzəffərov həyat yoldaşı Aytəkin Müzəffərovanın başına bezin tökərək, onu yandırıb.
Nəticədə qadın dünyasını dəyişib.
Müəyyən edilib ki, qətl hadisəsi qısqanclıq zəminində törədilib.
Belə ki, Aytəkin Müzəffərova hadisədən bir qədər əvvəl işləmək üçün Türkiyəyə gedib. Bu səbəbdən Müzəffər arvadının ona xəyanət etdiyini fikirləşib.
Bir neçə aydan sonra Aytəkin Bakıya qayıdıb və həmin mağazada işləməyə başlayıb.
Hadisə baş verən günü Məsud Müzəffərov 1 litr benzin götürərək arvadının çalışdığı mağazaya gəlib. O, həmin yerdə benzini qadının başına tökərək yandırıb. Qadın hadisə yerində dünyasını dəyişib.
İstintaq orqanı tərəfindən Məsud Müzəffərovun barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Növbəti proses oktyabrın 12-də keçiriləcək.