Bakıda İngiltərə səfirliyinin binası qarşısında cinsi azlıqların bayrağı qaldırıldı

Baxış sayı:
6613

Mayın 17-si homofobiya və transfobiya ilə beynəlxalq mübarizə günü kimi qeyd edilir. Bu münasibətlə hər il olduğu kimi bu il də mayın 17-də İngiltərənin Bakıdakı səfirliynin binasının önündə LGBT (Lezbiyan, Gey, Biseksual və Transseksual) bayrağı qaldırılıb. Bu barədə Böyük Britaniyanın Bakıdakı səfirliyi facebook səhifəsinbdə yazıb.

"Böyük Britaniya LGBT nümayəndələri üçün bərabərliyi təşviq edən qürurlu təcrübəyə və ayrı-seçkiliyin qarşısının alınmasında və ona qarşı mübarizədə dünyanın ən güclü qanunvericilik əsaslarından birinə malikdir", - Böyük Britaniyanın səfirliyinin Facebook səhifəsində dərc edilən məlumatda deyilir.