Bakıda iki avtomobil TOQQUŞDU
3-01-2018 13:35
Baxış sayı:
2100
Bakı şəhəri, Suraxanı rayonunda “Kia” və “Hyudai” markalı iki minik avtomobili toqquşub.
Muxalifət.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, bu barədə Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat daxil olub. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılmış vəziyyətdə qalmış 2 nəfəri deformasiyaya uğramış avtomobildən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.