Bakıda iki avtobus toqquşub, 9 nəfər xəsarət alıb - YENİLƏNİB

Baxış sayı:
9339

Bakının Sabunçu rayonunda iki avtobusun toqquşması zamanı 9 nəfər xəsarət alıb.

APA xəbər verir ki, hadisə Yeni Ramana qəsəbəsində baş verib.

Qəsəbə ərazisində fəaliyyət göstərən 106 və 214 saylı marşrut avtobusları toqquşub. Nəticədə 9 nəfər - 1950-ci il təvəllüdlü Məmmədova Rəna Şükür qızı, 1959-cu il təvəllüdlü Məmmədova Mülayim Tanrıverdi qızı, 1960-cı il təvəllüdlü Əliyeva Həqiqət Səməd qızı, 1966-cı il təvəllüdlü Ağayeva Təranə Sahib qızı, 1967-ci il təvəllüdlü Əhmədova Kəmalə Əjdər qızı, 1973-ci il təvəllüdlü Abbasova Yasəmən Əşrəf qızı, 1974-cü il təvəllüdlü Arixova Bahar Rəfi qızı, 55 yaşlı Novruzova Şəlalə Qüdrət qızı və 1995-ci il təvəllüdlü Əhmədova Arzu Tariyel qızı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

R.Məmmədovaya sol bazu sümüyünün sınığı diaqnozu qoyulub. Xəsarət alan digər şəxslərə isə ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə göndərilib. 

Faktla bağlı araşdırma aparılır.

***

Saat 16:20

Bakıda iki avtobus toqquşub.

Bu barədə Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Xəbərə görə, bir qədər əvvəl daşıyıcı Nazim Qəhrəmanovun müvəqqəti istismarında olan 106 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkətdə olan 99 RS 657 dövlət nömrə nişanlı avtobus, “Azland Plaza” MMC-nin müvəqqəti istismarında olan 49 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusla toqquşub. Nəticədə 7 nəfər sərnişin xəsarət alıb.

Hadisə ilə əlaqədar Bakı Nəqliyyat Agentliyi tərəfindən araşdırmalara başlanılıb. Hər iki daşıyıcıdan yol nəqliyyat hadisəsi ilə bağlı izahat tələb olunub.