Bakıda güllələnən kriminal avtoritetin ŞOK GÖRÜNTÜLƏRİ – VİDEO 18+

Baxış sayı:
5787

Bakının Binəqədi rayonunda atışma olub, kriminal avtoritet güllələnib.
Muxalifet.az primetime.az-a istinadən xəbər verir ki, hadisə “Favorit” supermarketinin yanında qeydə alınıb. Belə ki, avtomobilində olan kriminal avtoritetə naməlum şəxslər tərəfindən atəş açılıb. O, hadisə yerindəcə keçinib.
Qeyd edək ki, qətlə yetirilən Budaqlı Mübariz Mürsəl oğlundan başqa “Mercedes” markalı avtomobildə başqa bir nəfər də olub. Ancaq o, hadisədən sonra düşərək Gülüstan qəsəbəsi istiqamətində qaçıb. Hazırda polis həmin şəxsin axtarışlarını aparır.
Xatırladaq ki, “Favorit” supermarketinin yanında qeydə alınan hadisə zamanı öldürülən şəxsin kriminal aləmin nümayəndəsi Mübariz Budaqlı olduğu deyilir. 1976-cı il təvəllüdlü M. Budaqlı İnterpol xətti ilə axtarışa verilibmiş.