BAKIDA GÜCLÜ YANĞIN: Canlı qüvvə və texnikalar cəlb olundu - VIDEO

Baxış sayı:
901

Bakının Xəzər rayonu ərazisi, Şüvəlan qəsəbəsində yerləşən Elektrik Stansiyasında yanğın baş verib.
Muxalifet.az xəbər verir ki, bu barədə Baku.ws məlumat yayıb .
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən bildirilib ki, yanğın stansiyanın özündədir. Hazırda hadisə yerinə yanğınsöndürən maşınlar, canlı qüvvə və texnikalar cəlb olunub.

***

"Azərişıq" ASC-nin məbuat katibi Tanrıverdi Mustafayev "Qafqazinfo"ya açıqlamasında bildirib ki, yanğının elektrik stansiyasına aidiyyatı yoxdur: "Stansiyanın fəaliyyətində hər şey qaydasındadır. Yanğın stansiyanın ərazisində yox, sadəcə yaxınlığında baş verib. Hazırda elektrik enerjisinin verilməsində də heç bir problem yaşanmayıb".