​Bakıda GÜCLÜ PARTLAYIŞ - 3 nəfər...

Baxış sayı:
2193

Bakıda mənzildə partlayış baş verib.
Muxalifət.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, yanvarın 1-də Sabunçu rayonunun Sabunçu qəsəbəsində yaşayan Könül Cəfərovanın evinin mətbəxində təbii qazın sızmasından ani partlayış baş verib. Nəticədə K.Cəfərova, qızı Aysun və qardaşı qızı Nərmin Məmmədova yanıq xəsarətləri alıb, xəstəxanaya yerləşdiriliblər.