​Bakıda güclü küləyin fəsadları... - Foto

Baxış sayı:
22384

Güclü küləyin təsirindən Qaradağda TIR aşıb.
Səhiyyə Nazirliyindən verilən məlumata görə, hadisə nəticəsində xəsarət alan türk vəfəndaşı Klinik Tibbi Mərkəzə gətirilib. Yaralıya tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
Digər hadisə isə Lökbatanda və Suraxanıda qeydə alınıb.
Belə ki, Lökbatan qəsəbəsində qarajda olan kişinin üzərinə darvaza aşıb. Döş qəfəsindən xəsarət alan kişi Neftçilər xəstəxanasına gətirilib. Suraxanıda isə güclü küləyin təsirindən bir nəfər yıxılıb. Təpə nahiyəsinin çırılmış yarası diaqnozu ilə Sabunçu xəstəxanasına aparılıb. Vəziyyəti normaldır.