Bakıda gənc oğlanın ayağı sındırılıdı – DAVA

Bakının Sabunçu rayonunda döyülmə hadisəsi baş verib.
“Report”un xəbərinə görə, Ramana qəsəbəsinin Bünyadov küçəsində yaşayan 1988-ci il təvəllüdlü Bədəlov Hakim Hikmət oğlu tanışı ilə mübahisə edib.
Əlbəyaxa dava zamanı tanışı onun sol ayağının baldır sümüyünü sındırıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırmalara başlanılıb.