Bakıda evakuatorla “Mersedes” toqquşdu - Ölən var

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonunda “Mersedes” markalı minik avtomobili və “Mersedes” markalı evakuator toqquşub.
 
FHN-dən Teleqraf.com-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri minik avtomobilinin sərnişini, 1994-cü il təvəllüdlü Cəfərova Rumiyə Ramiz qızının cəsədini nəqliyyat vasitəsindən çıxarıblar.
Onun meyiti aidiyyəti üzrə təhvil verilib.