Bakıda dəhşətli yanğın - SAATLARDIR SÖNDÜRƏ BİLMİRLƏR - Video

Baxış sayı:
3346

Bakıda güclü yanğın baş verib.

Muxalifet.az xəbər verir ki, hadisə Fəhlə prospektində, Xəzər televiziyasının binasının yaxınlığında qeydə alınıb. Belə ki, orada fəaliyyət göstərən restoranda güclü yanğın baş verib.

Əraziyə yanğınsöndürən, təcili yardım maşınları və canlı qüvvə cəlb olunub.

Xəsarət alanların olub-olmaması barədə məlumat yoxdur. Yanğın güclü olduğundan FHN əməkdaşları hadisənin qarşısını almaqda çətinlik çəkir.

Yanğının qarşısının alınması üçün tədbirlər görülür.