​Bakıda DƏHŞƏTLİ HADİSƏNİN SONU: Anasını və qardaşını evlə birgə yandırdı...

Baxış sayı:
11053

Bakı Ağır Cinayətlər Məhkəməsində anasını və qardaşını yandırmaqda təqsirləndirilən Vitali Kolosovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Muxalifet.az-ın trend-ə istinadən məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başa çatdığı elan olunub.
Dövlət ittihamçısı V.Kolosovun 19 il azadlıqdan məhrum edilməsini istəyib.
Məhkəmənin növbəti iclası fevralın 20-nə təyin edilib.
İttihama görə, ötən il iyunun 22-də gecə saat 00:55-də Bakının Xəzər rayonunda, Dəmiryol küçəsindəki 4 nömrəli evdə yanğın qeydə alınıb. Yanğın nəticəsində 1959-cu il təvəllüdlü Soloveykina Nina İvanovna və onun 16 yaşlı oğlu Soloveykin Vadim Vladimiroviç müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar. Onların hər ikisi Respublika Yanıq Mərkəzinə aparılıb. Lakin iyunun 24-də V.Soloveykin aldığı ağır yanıq xəsarətləri nəticəsində dünyasını dəyişib.
Araşdırmalar zamanı məlum olub ki, Soloveykin ailənin böyük oğlu, 1993-cü il təvəllüdlü Kolosov Vitali Vladimiroviç doğmaları yatarkən evin hər tərəfinə benzin tökərək od vurub.
Məlumata görə, V.Kolosov psixi çatışmazlıqdan əziyyət çəkir və o, psixiatrik xəstəxanada qeydiyyatdadır.