Bakıda dəhşətli hadisədə ölənlərin adı məlum oldu

Baxış sayı:
8986

Dünən Bakı şəhər Nəsimi rayonunun R.Behbudov küçəsində baş vermiş yol-nəqliyyat hadisəsində ölənlərin kimliyi məlum olub.
Muxalifet.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, aprelin 1-də saat 10 radələrində Nəsimi rayonunun R.Behbudov küçəsində Bakı şəhər sakini Ramiz Əmiraslanov idarə etdiyi “MG” markalı avtomobillə yolu keçən paytaxt sakinləri Valəddin Niyazovu, onun oğlu Seymuru, Naxçıvan şəhər sakini Təminə Rüstəmovanı və Gəncə şəhər sakini Xanım Quliyevanı vurmuş və idarəetməni itirdiyindən avtomobil yolun kənarında dayanacaqda dayanmış “Baku-Bus” MMC-yə məxsus “İveco” markalı 5 saylı avtobusa çırpılıb.
R.Əmiraslanov və T.Rüstəmova hadisə yerində ölüb, xəstəxanaya yerləşdirilmiş S.Niyazovun vəziyyəti ağır, digərlərinin vəziyyətləri qənaətbəxşdir.
Avtobusun arxa hissəsinə qismən ziyan dəyib, xəsarət alan olmayıb.
Nəsimi RPİ tərəfindən araşdırma aparılır.