​Bakıda DƏHŞƏTLİ HADİSƏ: Ölən var

Baxış sayı:
10507

Bakıda daş karxanasında ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Muxalifet.az Publika.az.a istinaden xəbər verir ki, Qaradağ rayonunda fəaliyyət göstərən daş karxanasında fəhlə işləyən Cəlilabad rayon sakini Mehdiyev Vüqar Əlizadə oğlunun üzərinə ehtiyatsızlıqdan iri mişar daşı düşüb. O, aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib.
Faktla bağlı Qaradağ rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarının pozulması, ölümlə nəticələndikdə) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.