BAKIDA DƏHŞƏT: Qəsdən maşını üstünə sürüb öldürdü

Baxış sayı:
13969

Bakıda qətl törədilib.
Dünən gecə saatlarında Xəzər rayonu Buzovna qəsəbəsi ərazisində Murad Baxşıyev münaqişə zəminində, idarə etdiyi “VAZ-2107” markalı avtomobillə Xaçmaz rayon sakini Rəşad Əliyevi vurub. R.Əliyev hadisə yerində ölüb.
Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerinə gəlib, müvafiq tədbirlər həyata keçirilib.
Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri ilə qəsdən adam öldürməkdə şübhəli bilinən M.Baxşəliyev tutulub.
Araşdırmalar davam etdirilir./Publika