Bakıda bir ailənin bütün üzvləri virusa yoluxdu

Baxış sayı:
1460

Paytaxtın Əhmədli qəsəbəsində bir ailənin üzvləri koronavirusa yoluxub.

“Yeni Sabah” xəbər verir ki, bu barədə məlumatı ATV kanalının aparıcısı Pərvin Əsgərli qeyd edib.

Virusa yoluxan şəxslərin yaşadığı binanın qarşısından video paylaşan aparıcı bildirib ki, ailənin hər 3 üzvü - 30 yaşlı oğul və 63 yaşlı valideynlər virusa yoluxub və onlar təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılır.