Bakıda azyaşlı 2 metr dərinliyində çalaya düşdü

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakının Nərimanov rayonunda tikinti aparılan ərazidə azyaşlının bünövrə çalasına düşərək köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Müxalifət.az -ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, dərhal FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri əraziyə cəlb olunublar. Uşaq dərinliyi təqribən 2 metr olan çaladan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.