​Bakıda axundu qətlə yetirdilər

Baxış sayı:
6436

Martın 31-də Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində Hüseynbala və Hacı Kamran Şamilov qardaşları arasında torpaq bölgüsü üstündə münaqişə yaşanıb.
Hüseynbala Şamilov münaqişə zəminində qardaşını ov tüfəngi ilə güllələyib. Qətl törətdikdən sonra Hüseynbala Şamilov hadisə yerindən qaçıb.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları onun saxlanılması üçün operativ-axtarış tədbirlərini həyata keçirirlər.
Qeyd olunur ki, Hacı Kamran Şamilov Bakı məscidlərindən birinin axundu olub. /Virtualaz.org