​Bakıda avtomobil yük maşınının altına girdi – ÖLƏN VAR

Baxış sayı:
3562

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.
Muxalifet.az xəbər verir ki, Qobu-Güzdək yolunda “Vaz 2107” markalı minik avtomobili “Tatra” markalı ağır tonnajlı yük maşınına çırpılıb. Nəticədə minik avtomobilinin 33 yaşlı sürücüsü aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.
Faktla bağlı cinayət işi açılıb, qəzanın səbəbi araşdırılır.