Bakıda avtobus azyaşlını vurub öldürdü
15-08-2018 15:01
Baxış sayı:
3007
Bakıda avtobus azyaşlını vurub öldürüb.
Avqustun 14-də saat 12 radələrində Xətai rayonu ərazisində Bakı şəhər sakini Şüriyyə Həsənov idarə etdiyi “İsuzu” markalı, 62 saylı xətt avtobusu ilə yolu keçən paytaxt sakini, azyaşlı Aygün Binnətovanı vurub.
Xəstəxanaya yerləşdirilmiş uşaq orada ölüb.
Xətai RPİ tərəfindən araşdırma aparılır.