​Bakıda "analoqu olmayan" hadisə - Kondisioneri görün hara quraşdırıblar - FOTO

Baxış sayı:
8836

Paytaxt sakini yaşadıqları ünvanda qarşılaşdıqları narahatçılıqla bağlı milli.az-a müraciət edib.
Vətəndaş məktubunda yaşadığı binanın blokuna bir qonşusunun kondisionerin çöl blokunu yerləşdirməyindən şikayətçidir.
Məktubu təqdim edirik:
"Binəqədi rayonu, Naxçıvani 24 küçəsində, 2-ci mərtəbədə, mənzil 41-də, blokun icində kondisionerin çöl bloku quraşdırılıb. Əlavə olunmuş şəkildə bunu görə bilərsiniz. Bu kondisionerin səsi tam şəkildə sakitçiliyi pozub. Əlavə olaraq kondisionerdən axan su blokun icinə axır. Nəzərə alsaq ki, kondisionerin altında bütün binanın elektrik şiti yerləşir bu da əlavə təhlükə yaradır. Bundan başqa kondisionerdən gələn isti imkan vermir blokun içində dayanaq. Ümumiyyətlə, kondisionerin binanın daxilində yerləşdirilməsi yolverilməzdi. Aidiyyəti qurumlara müraciətlərə baxmayaraq hec bir tədbirlər görülməyib. Kondisioner binanin cölündə, lazım olan yerdə, qonşulara mane və cətinlik yaratmadan yerləşdirilməlidir".

Bakıda "analoqu olmayan" hadisə - Kondisioneri görün hara quraşdırıblar - FOTO