Bakıda ailə DRAMI: Keçmiş xanımını avtomobillə vurdu, sonra bıçaqladı

Baxış sayı:
219

Bakıda kişi əvvəlcə keçmiş həyat yoldaşını avtomobillə vurub, daha sonra onu və anasını bıçaqlayıb.

Sabunçu RPİ-dən APA-ya verilən məlumata görə, Bakıxanov qəsəbəsində 1977-ci il təvəllüdlü Fədai Atakişiyev idarə etdiyi "Opel" markalı avtomobillə yol kənarında dayanan keçmiş həyat yoldaşı, 1989-cu il təvəllüdlü Ramidə Atakişiyevanı vurub. F.Atakişiyev avtomobilindən düşərək əvvəlcə R.Atakişiyevanı bıçaqlayıb. Daha sonra onun anası Narın Ağayevaya da bıçaqla xəsarət yetirib.

Yaralılar 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət işi başlanılıb. F.Atakişiyev saxlanılıb.