Bakıda 9 yaşlı uşağı avtomobil vurub

Sənan Sadıqov xəstəxanaya yerləşdirilib
 
Bakıda 9 yaşlı uşağı avtomobil vurub.
Yol-nəqliyyat hadisəsi Sabunçu rayonunda baş verib.
Belə ki, rayon ərazisində yolu keçən 9 yaşlı Sadıqov Sənan Sarvan oğlunu minik avtomobili vurub. Nəticədə o, xəsarət alıb. S. Sadıqov xəstəxanaya yerləşdirilib.
Fakt araşdırılır.