​Bakıda 6 gün sonra möhtəşəm parad... - Millət vəkili

Baxış sayı:
1351

Bakının işğaldan azad olunmasının 100 illiyində, yəni 15 sentyabrda hərbi parad keçirilməsi möhtəşəm bir qərardır, böyük türk əsgərinə haqqı çatan dəyərin verilməsidir.
Muxalifet.az xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa deyib.
“Sevindiricidir ki, belə bir qərar qəbul edildi. Unutmayaq, Azərbaycanı, Bakını Azərbaycan əsgəri ilə birlikdə türk əsgəri xilas edib, burada mindən artıq şəhid veriblər, erməni vandallarından qisasımızı alıblar. Onların ruhu qarşısında biz də Azərbaycan dövləti olaraq, millət olaraq borcumuzu hər zaman xatırlamalıyıq, şükranlığımızı ortaya qoymalıyıq. 15 sentyabrda hər birimiz fərdi qaydada da olsa, Şəhidlikdəki türk əsgərinin məzar-abidəsini ziyarət etsək, yaxşı olardı. İndi milli qəhrəmanımız Nuri Paşanın adının məhz Azərbaycanda əbədiləşdirilməsi məsələsini həll etmək qalır. İnanıram ki, bu hadisənin də yaxın zamanlarda şahidi olacağıq”.