​Bakıda 4 qutu açar oğurlayan şəxs yaxalandı

Baxış sayı:
2131

Bakıda oğurluqla məşğul olan şəxs tutulub.

Binəqədi Rayon Mühafizə İdarəsinin əməkdaşları, “Evrohome” tikinti bazarında yerləşən, fiziki şəxsə məxsus mağazadan ümumi dəyəri 85 manat olan 4 qutu “Siemens” markalı elektrik avtomat açarını oğurlamağa cəhd göstərmiş əvvəllər Cinayət Məcəlləsinin 177.3.2 maddəsi ilə məhkum olunmuş paytaxt sakini 1985-ci il təvəllüdlü Kərimov Elşad Ziyadxan oğlunu saxlayıb.
O, sonrakı araşdırmalar aparılması üçün ərazi üzrə Polis Şöbəsinə təhvil verilib.
Faktla bağlı Binəqədi RPİ-nin 6-cı PŞ-də araşdırma aparılır.