Bakıda 4 maşın toqquşdu, xəsarət alan var - FOTO

Baxış sayı:
5125

Bakıda yol qəzası olub.
Muxalifet.az ONA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu, Şərifzadə küçəsində qeydə alınıb. Yüksək sürətlə idarə olunan BMW markalı avtomobil “Ford” markalı maşına çırpılıb. Daha sonra idarəetməni itirən BMW yolun əks istiqamətinə çıxaraq həmin yolda hərəkətdə olan “VAZ-21074” və “Saipa” markalı maşınlara dəyib.
Qəza nəticəsində bir nəfər xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.

Bakıda 4 maşın toqquşdu,xəsarət alan var - FOTO