​Bakıda 29 ölkənin silah və hərbi texnikaları nümayiş olunacaq

Baxış sayı:
5698

Bakıda keçiriləcək "ADEX-2018" sərgisində dünyanın 29 ölkəsini təmsil edən 224 şirkət iştirak edəcək.
Bu barədə sərgi ilə bağlı keçirilən mətbuat konfransında müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev bildirilib. 
Nazir müavinin sözlərinə görə, sərgidə Azərbaycan, Belarus, Çin, Fransa, İsrail, Pakistan, İran, Rusiya, Serbiya, Türkiyə və Ukraynanın aparıcı şirkətlərdən ibarət 11 milli stendin iştirakı nəzərdə tutulub. 
Qeyd edək ki, sərgidə təmsil olunan şirkətlərin sayının çoxluğuna görə ilk dördlüyə Türkiyə (41 şirkət), Rusiya (25 şirkət), İsrail (14 şirkət), Belarus (10 şirkət) daxildir. H
əmçinin sərgidə 6 ölkədən nazir və qurum rəhbəri, 11 ölkədən şirkət və komitə sədrinin iştirakı nəzərdə tutulur. Ümumilikdə sərgiyə dünyanın 23 ölkəsini təmsil edən 34 yüksək səviyyəli rəsmi nümayəndə heyəti qatılacaq.